“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.
Qeyd edilir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı miqdarı 10 635 nəfərə çatıb. Ölkədə virusa yoluxmuş 72 nəfər sağalıb, koronavirusdan 230 nəfər ölüb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərə aprelin 19-a qədər zərurət olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.