"PAŞA Bank"ın mənfəəti kəskin azalıb

"PAŞA Bank"ın mənfəəti kəskin azalıb
10:42 17 Aprel 2020
170 Digər
Ölkə mətbuatı
A- A+

"PAŞA Bank" ASC bu ilin I rübünü 3,5 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 35,68 milyon manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında "PAŞA Bank"ın gəlirləri 76,7 milyon manat (illik müqayisədə 23,5% çox), xərcləri 51,1 milyon manat (97% çox), xüsusi ehtiyatlara ayırmaları 20 milyon manat (38,85 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,2 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank"ın aktivləri 4 759,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur. Bunun 1 793,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 41,3% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 2,2% artaraq 4 286,7 milyon manata çatıb, o cümlədən depozit portfeli 10,7% azalaraq 3 447 milyon manata düşüb, balans kapitalı isə 4,1% artaraq 473 milyon manat təşkil edib.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 milyon manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-bank-in-menfeeti-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR