ABŞ kəşfiyyatı Uhana doğru HƏRƏKƏTƏ KEÇDİ

ABŞ kəşfiyyatı Uhana doğru HƏRƏKƏTƏ KEÇDİ
11:18 17 Aprel 2020
184 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ kəşfiyyatı koronavirusun Çinin Uhan şəhərinin laboratoriyasında yayılması versiyasını araşdıracaq.

Publika.az xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb. Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli hərbi kəşfiyyatın bu məsələ ilə məşğul olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu günə qədər sübutlar virusun təbii olaraq ortaya çıxdığını göstərir. “Ancaq biz dəqiq bilmirik”, - deyə general əlavə edib.

Bəzi yüksək vəzifəli şəxslərin Milli ilə razılaşmadığı qeyd olunur. Onların fikrincə, laboratoriya mənşəli virusla təbii virus bir-birindən kəskin şəkildə fərqlənir. Jurnalist Joş Rocin Çin tərəfinin laboratoriyaya aid bütün sübutları gizlətdiyini söyləyib.

Dünyada koronavirusa yoluxan ilk şəxsin Çinin Uhan şəhərindəki Virologiya İnstitutunun laboratoriyasında işlədiyi versiyasını “Fox News” yaymışdı. Bənzər versiya “Daily Mail”də də yer almışdı. Lakin Çin yayılanları təkzib edib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/311055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR