Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı
11:23 17 Aprel 2020
149 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin növbəti iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.

Spiker çıxış edərək aprelin 14-də 2020-ci ilin I rübünün yekunlarına dair Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə haqqında danışıb: “Koronavirus dövründə atılan addımlar iqtisadi-sosial inkişafa öz töhfəsini verəcək. Dövlət başçısı islahatların aparılmasına da toxundu və bu prosesin davam edəcəyini bildirdi. Prezidentin siyasi inkişaf xəttinə Milli Məclis də öz töhfəsini verəcək”.

Spiket bildirib ki, Prezident Avropa Şurasının Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq pisləyib: “Bilirsiz ki, mən 10 il Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam. Şahidi olmuşam ki, orada olan bir sıra qüvvələr ermənilərdən də daha çox Ermənistanı müdafiə ediblər. Milli Məclis olaraq biz də Avropa Şurasına etiraz məktubu göndərmişdik”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR