Fazil Mustafa: Bu, absurddur

Fazil Mustafa: Bu, absurddur
12:58 17 Aprel 2020
194 Digər
Ölkə mətbuatı
A- A+

Mənim hesabata, orada qeyd olunanlara etirazım yoxdur. Ancaq hesab edirəm ki, bələdiyyələrin Milli Məclisə hesabatından imtina etməliyik”.

Publika.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

F.Mustafa iki seçkili orqanın biri-birinə hesab verməsinin absurd olduğunu bildirib: “Bu mexanizmin heç bir əsası yoxdur. 50-dən çox ölkənin konstitusiyası ilə tanış olmuşam. Onların heç birində bələdiyyə parlamentə hesabat vermir. Hər ikisi seçkili qurumdur və bu mexanizmin heç bir əsası yoxdur. Seçkili qurum başqa bir seçkili quruma hesabat verə bilməz. Ümid edirəm ki, növbəti il bələdiyyələr bizə hesabat verməyəcək və bu mexanizimdən tədricən imtina etməliyik”.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevbildirib ki, hesabatı bələdiyyə orqanları yox, onlara nəzarət edən dövlət qurumu verir: "Bu qurum Ədliyyə Nazirliyidir. Bizdə "Bələdiyyələrə inzibati nəzarət haqqında" qanun var. Burada söhbət bələdiyyələrdən getmir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR