Bu qanunlara dəyişiklik edildi

Bu qanunlara dəyişiklik edildi
13:18 17 Aprel 2020
161 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclis “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, qanun layihələri haqqında deputatlara Müdafiə, təhlükəsizlik və korrupsuya komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

“Sərhəd mühafizə orqanları haqqında” Qanunun 2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “hərbi peşə təhsili məktəblərindən” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrindən” sözləri ilə əvəz edilir. “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsində “dövlət,” sözü "bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə” sözləri ilə əvəz edilib. Həmçinin “Peşə təhsili haqqında” Qanununun 13.8-ci maddəsinin birinci cümləsində “Peşə” sözü “Dövlət peşə” sözləri ilə əvəz edilib. Bu maddəyə “Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsil verənlərin attestasiyası keçirilir” cümləsi də əlavə olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR