“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,9 min ABŞ dolları və yaxud 8,9% azdır.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 10,8%-nə bərabər olub.
I rübdə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 253,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 251 min ABŞ dolları və yaxud 49,7% azdır.
Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 389,8 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 82,4 min ABŞ dolları və yaxud 26,8% çoxdur.
Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracının 6%-nə, Türkiyədən idxalı isə ümumi idxalının 14,8%-nə bərabər olub.