"Formula 1": Avropadakı bütün yarışlar azarkeşsiz keçirilə bilər

"Formula 1": Avropadakı bütün yarışlar azarkeşsiz keçirilə bilər
19:12 17 Aprel 2020
213 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1" üzrə dünya çempionatının Avropa mərhələləri boş tribunalar qarşısında keçirilə bilər.
"Report" xəbər verir ki, bunu Britaniyanın "McLaren" komandasının icraçı direktoru Zak Braun BBC-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu barədə qəti qərar olmasa da, Avropada nəzərdə tutulan bütün Qran-prilərin azarkeşsiz baş tutma ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monako mərhələsini ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropadaki-butun-yarislar-azarkessiz-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR