DÇ-2022 işçilərindən 8-i koronavirusa yoluxdu

DÇ-2022 işçilərindən 8-i koronavirusa yoluxdu
00:07 18 Aprel 2020
246 Digər
Ölkə mətbuatı
A- A+

Qətərdəki futbol üzrə 2022-ci il dünya çempionatı üçün obyektlərin hazırlığında iştirak edənlərdən 8-i koronavirusa yoluxub. 
"Report"un Təşkilat Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoluxanlardan 2-si podratçı, qalanları isə fəhlə kimi çalışır. Onların hamısı xüsusi tibb müəssisəsində izolyasiya olunublar və həkim nəzarəti altındadırlar. Xəstələr pulsuz dərmanla təmin olunur və Qətər hökumətinin siyasətinə uyğun olaraq maaş alırlar. 
Təşkilatçılar işçilərin vəziyyətini diqqətlə izlədiklərini də vurğulayıblar. 55 yaşdan yuxarı insanlar və xroniki xəstəliyi olanlar əmək haqları saxlanılmaqla işdən müvəqqəti azad ediliblər. Qalan əməkdaşların sutkada iki dəfə temperaturları ölçülür. Bütün obyektlər maska və antiseptik vasitələrlə təmin olunub. Koronavirus şübhəsi olanların izolə edilmələri üçün kifayət qədər yerin olduğu bildirilir. 
Qeyd edək ki, 2022-ci il dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2022-nin-obyektlerinde-isleyenlerin-8-i-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR