Epidemiyaları əvvəldən təxmin edə biləcək riyazi model

Epidemiyaları əvvəldən təxmin edə biləcək riyazi model
22:37 18 Aprel 2020
211 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirusun bu qədər sürətli bir şəkildə yayılması və bütün dünyanı təsiri altına alması çox təxmin edilən bir şey deyildi. Bu epidemiyadan yola çıxan araşdırmaçılar, gələcəkdəki epidemiyaların gedişatını təyin edə bilmək üçün riyazi bir model yaratdı.

Koronavirus bütün dünyada sürətlə yayılmağa davam edir. İlk çıxdığı zaman çox böyük bir problem kimi görünməyən virus, zaman keçdikcə təhlükəli bir hal almağa başladı və qısa bir müddət sonra da dünya səviyyəsində bir epidemiyaya çevrildi.

Koronavirusla əlaqəli edilən riyazi təxminlər, virusun dünya səviyyəsində epidemiyaya çevriləcəyini anlamaqda kifayət etmədi, ancaq araşdırmaçılar yeni modellər üzərində işləyir. Mövzu, virusun cəmiyyət içərisində yayılmasına gəldiyində ictimai mediada edilən paylaşmalar və xəbərlər, hadisənin gedişatını təxmin etmək üçün yaradılan riyazi modellərdə istifadə edilən məlumatlardır.

Virusun yayılması, sürətli və təəccüblü şəkildə dəyişə bilər. Məsələn viruslar, dayanmadan dəyişən nisbətlərdə mutasiyaya uğrayar. Karnegi Mellon və Prinston Universitetindən araşdırmaçılar, bu çatışmazlıqla mübarizə aparmaq üçün yoluxucu virusun mutasiyasını da hesaba qatan bir riyazi model üzərində işləyir.

Araşdırmaçılar, meydana gətirdikləri modelin əsl məlumatları istifadə etdiyini və nəzəriyyənin, gələcəkdəki epidemiyaları təxmin etməkdə və virusun yayılmasını anlamaqda köməkçi olacağını ümid etdiklərini ifadə etdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR