Koronavirusa qalib gələn həkim: Yenidən insanlara xidmət göstərəcəm

Koronavirusa qalib gələn həkim: Yenidən insanlara xidmət göstərəcəm
01:32 20 Aprel 2020
296 Dünya
Ölkə mətbuatı
A- A+

Trabzon Vakfıkebir Dövlət Xəstəxanasının həkimi Selin Ünal 14 günlük müalicədən sonra COVID-19 virusuna qalib gəlməyi bacarıb.

Milli.Az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Selin Ünal həmkarlarının alqışları və horon rəqsi ilə evə göndərilib.
Trabzonlu həkim sağaldıqdan sonra yerli mətbuata açıqlaması belə olub: "Nəfəs almaqda çətinlik çəkərkən test etdirdim. Qızdırma və öskürəkdən şikayətim yox idi. Bu müddət ərzində həmkarlarım həmişə yanımda idilər, həqiqətən çətin bir proses oldu.

Buna görə hamı evdə qalmalıdır. Əslində çox şikayətim olmadan bu prosesi başa çatdırdım. Mən immun plazma vermək istəyirəm. Bir həftə sonra vəzifəmə başlayacağam". (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR