Sevil naxçıvanlı iş adamına ərə getdi

Sevil naxçıvanlı iş adamına ərə getdi
11:08 20 Aprel 2020
437 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış əkizlər - Səfərova bacılarından Sevilin rəsmi nikaha daxil olması xəbəri yayılıb.

Publika.az xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.

Bildirilib ki, müğənni naxçıvanlı iş adamı ilə münasibətini rəsmiləşdirib. Lakin müğənni rəsmi instaqram hesabından xəbəri yayaraq məlumatın yalan olduğunu bildirib.

“O, kimdirsə, tapıb bizə gətirin, biz də tanıyaq. Allah ağzınızdan eşitsin, təki bu xəbər doğru olsun, amma təəssüf ki, yalandı” , - deyə qeyd edib.

Qeyd edək ki, xəbərdə nikah mərasiminin əkizlərin evində baş tutduğu, tədbirdə cütlüyün ailə üzvlərinin, ən yaxın dostlarının iştirak etdiyi, bu xəbəri ictimaiyyətdən gizli saxladığı, xüsusi karantin rejimi bitdikdən sonra Sevilin toy mərasiminin olacağı iddia edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/311309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR