''Koronavirus çox sürətlə yayılır amma biz şanslıyıq çünki...'' -

Türkiyədə son 24 saat ərzində daha 127 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2017 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin Qara dəniz bölgəsinin şərqində yerləşən Artvində 20 koronavirusa yoluxma faktı aşkar edilib. Orada yaşayan 40 yaşlı üç övlad anası olan Xədicə Sarıhan Metbuat.az-a özəl müsahibəsində dedi ki, virus xəbərləri yayılmağa başlayanda çox qorxublar.

"Allah bu çinlilərin bəlasını versin. Hər şeyi yeyirlər ona görə də bütün dünyaya virus yayıldı. İlk dəfə virus Türkiyədə Almaniyadan gələn bir kişidə tapıldı. İndi bütün Türkiyəyə virus yayılıb. Qorxuruq küçəyə çıxmağa. Həftənin yeddi günü 24 saat qapımızda polislər var. Hər yerə, hər kəsə nəzarət edirlər.’’

Xədicə Sarıhan deyir ki, görünməyən düşmandan çox qorxur amma ailəsini və özünü qorumaq üçün də əlindən gələni əsirgəmir.

"Əvvəllər çox qorxurdum. Amma indi görünməyən düşmənlə yaşamağa da öyrəşmişəm. Artvinin Borkca mahalı karantinaya alınıb. Borçka mahalında, ikinci qərara qədər kəndlər arasında keçid, hüzür başsağlığı və qonşuluq münasibətləri kimi hər cür ziyarət qadağan edillib. Borckaya nəzarətdə səlahiyyətli qurum qəbul edilmiş qərarların icrası üçün məsuliyyət daşıyırlar. Virusun zəncirinin qırılması üçün qaydalar pozulmamalı lazımı tədbirlər görülməlidir. Sıx yerlərdə iki nəfərdən artıq adam bir yerdə görünməməlidir. İnsanlar sosial izolyasiya qaydalarına əməl edirlər. Amma bəzi insanlar iki günlük xüsusi karantin rejimi ərzində mağazalara hücum edib ərzaq almağa başladılar. Bu vaxtı onlar sosial məsafəyə də diqqət etməyib toplu halında hərəkət etməyə başladılar. Amma onların bu davranışları digər insanlar tərəfindən birmənalı qarşılanmadı.’’

Xədicə Sarıhan deyir ki, virus çox sürətlə yayılır. Bu vəziyyət onları çox narahat etsə də Türkiyə prezidenti Rəcəb Təyyib Erdoğanın koronavirusla mübarizədə göstərdiyi dəyanət və bu yöndə gördüyü işlər onların virusdan tezliklə xilas olacağları ümidini artırır .

“Çox şanslıyıq ki, Türkiyə kimi dövlətimiz var. Prezidentim Rəcəb Tayyib Ərdoğan, ehtiyacı olan hər kəs üçün yardımların verilməsinə göstəriş verdi. İnşAllah bu koronavirus bütün dünyanın üzərindən çəkilər. Dua edib qaydalara əməl edirik.’’

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR