“İnsanlar əsl Ronaldonun mən olduğumu deyəndə Kriştianu hirslənir”

“İnsanlar əsl Ronaldonun mən olduğumu deyəndə Kriştianu hirslənir”
10:17 21 Aprel 2020
284 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya futbolunu əfsanəsi Ronaldo Nazario "Quançjou Everqrand"ın baş məşqçisi Fabio Konnavaro ilə İnstaqram-da canlı yayımda söhbəti zamanı Kriştiano Ronaldo barədə danışıb.

Milli.Az qol.az-a istinadən yazır ki, o, Messi və Ronaldo müqayisəsi zamanı onlardan birini digərindən önə çıxarmayıb:

"Hesab edirəm ki, insanlar əsl Ronaldonun mənim olduğumu deyəndə Kriştiano hirslənir. Amma bizi müqayisə etmək olmaz. O, futbol tarixində uzun müddətli sabitliyi və çox qol vurması ilə qalacaq. Kriştianu Messi kimi tarixin ən güclü futbolçularından biridir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR