Bakıda maşın qaçıran şəxs qəza törətdi, bir nəfəri xəstəxanalıq oldu

Bakıda maşın qaçıran şəxs qəza törətdi, bir nəfəri xəstəxanalıq oldu
16:57 22 Aprel 2020
253 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 20-də saat 21radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus "Kia" markalı avtomobili qaçırıb və paytaxt sakini E.Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR