Eurostar yanğına görə dayandı

Eurostar yanğına görə dayandı
23:37 17 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Calais şəhərilə Britaniyanın Dover şəhəri arasında işləyən və La Manş boğazının altından keçən yüksək sürətli Eurostar qatarlarının hərəkəti yanğna görə dayandırılıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, hərəkət sualtı tuneldə tüstülənmə qeydə alındıqdan sonra dayandırılıb.
Eurostar vebsaytında deyildiyinə görə, tüstülənmə şimal tuneldə qeydə alınıb.
 
Məlumatlara görə, tüstü tunelin Fransaya yaxın olan hissədə yük qatarında baş verimiş yanğına görə əmələ gəlibmiş.
Tüstünü qeydə almış elektrion sensorlar isə avtomatik olaraq yanğın siqnalizasiyasını işə salaraq tuneldəki nəqliyyatın hərəkətini dayandırıb.
Nəticədə La Manş altından şənbə gününün sonunadək keçən bütün Eurostar reysləri ləğv olunub və ya təxirə salınıb, Britaniya ilə Fransa və Belçika arasında La Manş tuneli vasitəsilə əlaqə kəsilib.
 
Məlumatlara görə, yüzlərlə sənişin aldığı Eurostar biletlərini qaytarmağa və ya dəyişməyə çalışır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR