Erməni ekspert: Ərazilər qaytarılacaq, Paşinyan yalan danışır...

Erməni ekspert: Ərazilər qaytarılacaq, Paşinyan yalan danışır...
14:53 23 Aprel 2020
238 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bütün mövqelərini itirdi”.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Armi Saakyan deyib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “mərhələli həll” variantı haqda sözlərini şərh edən erməni ekspert Nikol Paşinyan hakimiyyətini ittiham edir.

“Mövcud hakimiyyət içəridə düşmən axtarışına davam edir, əvəzində bütün mövqelərimiz kanalizasiyanın içinə düşdü. Hakimiyyət xarici siyasətlə məşğul olmaq əvəzinə ölkəni tərəfdarları və əleyhdarları arasında bölməyə davam edir. Qarabağ münaqişəsinin nizama salınmasında “mərhələli həll” planı Levon Ter-Petrosyanın dövründə qəbul olunmuşdu. Bu, ərazilərin qaytarılmasıdır. Son 1 ildə hakimiyyət bunu inadla inkar edir, amma reallıq bundan ibarət imiş”, - o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR