Braziliyada koronavirusla əlaqədar kütləvi məzarlar qazılır

Braziliyada koronavirusla əlaqədar kütləvi məzarlar qazılır
15:02 23 Aprel 2020
197 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın Amazonas ştatında koronavirus səbəbndən kütləvi məzarların qazılmasına başlanılıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ştatın paytaxtı Manaosda ölüm faktları sürətlə artdığına görə onlar üçün kütləvi qəbirlərin qazılması qərarı verilib.
Bildirilib ki, dəfn edilən şəxslərin şəxsiyyəti qorunacaq və tabutlar müəyyən məsafədə basdırılacaq.
Qeyd edək ki, pandemiyadan ən çox zərər çəkmiş Braziliyada koronavirus qurbanlarının sayı 3 000-ə yaxınlaşır. Ölkədə 45 000-dən çox insanda koronavirus aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 656 000-i ötüb. Bunların 729 873 nəfəri sağalıb, 185 156 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-koronavirusla-elaqedar-kutlevi-mezarlar-qazilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR