Koronavirusu yarım saniyədən az vaxtda aşkar edirlər - Britaniyada hər kəsi təəccübləndirən gəlişmə

Koronavirusu yarım saniyədən az vaxtda aşkar edirlər - Britaniyada hər kəsi təəccübləndirən gəlişmə
16:53 23 Aprel 2020
234 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada fəaliyyət göstərən “Medical Detection Dogs” adlı qurum 6 iti koronavirusu təsbit edə bilməsi üçün təlimləndirdiyini elan edib.

Publika.az xəbər verir ki, qurum hökumətlə danışıqlara başladığını açıqlayıb.

Layihə hökumət tərəfindən təsdiqlənərsə, eyni qaydada təlim keçmiş itlər hava limanlarında koronavirusa yoluxanları müəyyən etmək üçün istifadə olunacaq.

Xərçəng və qızdırmanı təsbit etmək üçün itləri olan “Medical Detection Dogs”un baş icraçı direktoru Klara Qest heyvanların yarım saniyədən az müddətdə virusu aşkarladığını deyib.

Qest bildirib ki, xüsusilə, iybilmə qabiliyyəti çox inkişaf etmiş ispan kukerləri və labradudların karantin tədbirləri yumşaldılanda Britaniyaya xaricdən gələn insanları test etmək üçün istifadəsi planlaşdırılır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/311699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR