Avropa Kuboklarının qalan hissəsi ləğv olundu

Avropa Kuboklarının qalan hissəsi ləğv olundu
17:32 23 Aprel 2020
261 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Voleybol Konfederasiyası (CEV) 2020-ci ildə avrokubokların qalan hissəsini ləğv edib.
“Report”un məlumatına görə, bu barədə CEV-in İdarə Heyəti qərar qəbul edib. Ləğv olunan yarışlara mayın 16-da Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan CEV Çempionlar Liqası Superfinalı da daxildir. 
İdarə Heyəti turnirlərin davam etdirilib-etdirilməyəcəyindən asılı olmayaraq, komandalara mükafat fondunun 80 faizindən çoxunu verməyə razı olub.
CEV Şurası 2020/2021 mövsümündə avrokuboklar üçün mükafat fondunu qorumağı öhdəsinə götürüb və gələn mövsüm üçün klublara əlavə dəstək verəcəyini bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/avropa-beynelxalq-voleybol-yarislari-legv-olundu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR