“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İradə Hacızadənin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.
İttihama görə, 1986-cı il təvəllüdlü E.Qasımov terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham verilib.