Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
18:02 23 Aprel 2020
275 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 23-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. 
Bu barədə "Report"a Xarici İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.
Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələlər üzrə fikir mübadiləsi həyata keçiriblər.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri üzrə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
İkitərəfli əlaqələrin, o cümlədən iqtisadi, ticarət, nəqliyyat sahələrində daha da möhkəmləndirilməsi nazirlər tərəfindən vurğulanıb. Tərəflər Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin və əldə olunmuş razılıqların hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.
Tərəflər, habelə turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVİD-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulaylblar.
Nazir Elmar Məmmədyarov Ukraynalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və nazir Ditro Kuleba dəvəti məmnunluqla qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-ukrayna-xi-n-bascilari-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR