UEFA AVRO-2020 ilə bağlı son qərarını açıqladı

UEFA AVRO-2020 ilə bağlı son qərarını açıqladı
18:07 23 Aprel 2020
280 Digər
Ölkə mətbuatı
A- A+

UEFA bu il keçirilməsi planlaşdırılan və koronavirus pandemiyasına görə təxirə salınan futbol üzrə Avropa çempionatı ilə bağlı qərarını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi turnirin AVRO-2020 kimi tanınmasına qərar verib.
Bildirilib ki, bu qərar UEFA-ya yarışın 60 illiyini (1960-2020) qeyd etmək üçün turnirin ilkin görünüşünü saxlamağa imkan verir: "Bu seçim UEFA-nın AVRO-2020-ni davamlı hala gətirməsi və əlavə miqdarda tullantı yaratmamaq öhdəliyinə uyğundur". 
Təşkilat yarışın təxirə salındığı vaxta qədər bir çox material hazırlandığını və Avropa çempionatının adının dəyişdirilməsinin bu cür əşyaların məhv edilməsi anlamına gəldiyini vurğulayıb.
UEFA 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatı barədə də açıqlama verib. Qurum turnirin yenidən təşkili və ya təxirə salınması üçün variantların mayın 11-də Milli KomandaYarışları Komitəsi tərəfindən təqdim ediləcəyini və təhllil ediləcəyini bildirib. UEFA qərarın mayın 27-də İcraiyyə Komitəsinin növbəti iclasında veriləcəyini qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-qeraruefa-avro-2020-ile-bagli-son-qerarini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR