Rusiyada ən çox qaçırılan avtomobillərin reytinqi dərc edilib

Rusiyada 2019-cu ildə ən çox qaçırılan avtomobillərin reytinqi dərc edilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, sığorta mütəxəssislərinin tərtib etdiyi cədvəldə liderliyi 2018-ci ildə olduğu kimi "Cadillac Escapade" avtomobili saxlayıb.

Ən çox qaçırılan avtomobillərin ilk onluğuna "Toyota"nın üç modeli düşüb. "Camry" 2019-cu ildə ən çox qaçırılan ikinci avtomobil olub. "Toyota"nın "Land Cruiser 200" və "Land Cruiser Prado" modelləri də avtomobil oğrularının maraq dairəsində olub.

"Land Rover Freelander" isə ilk üçlüyü tamamlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR