Dünyada koronavirusdan sağalanların sayı 1 milyon 250 mini keçdi

Yeni növ koronavirusa yoluxan və sağalmağı bacaran insanların sayı bütün dünyada 1 milyon 150 min 497 olub.

Metbuat.az xəbər verir ki, bu barədə koronavirusa dair bölgə və ölkələrdəki rəqəmləri araşdıran "Worldometer" saytı məlumat verib. Ən çox xəstənin sağaldığı ölkələr isə ABŞ, İspaniya, Almaniya, İtaliya və İran ilk beşlikdə qərarlaşıb.

Qeyd edək ki, ötən ilin sonunda Çində meydana gələn yeni növ koronavirus "Covid-19" dünyanın 200-dən çox ölkəsinə yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR