Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat katibi Аnna Usaçeva açıqlayıb. O, Lyubimovanın koronavirus testindən keçdiyini və testin pozitiv çıxdığını bildirib.

Nazirin ev şəraitində müalicə edildiyi vurğulanıb.

Qeyd edək ki, son günlərdə Rusiyada koronavirus sürətlə yayılır. Son 4 gündə sutka ərzində yoluxanların sayı 10 mindən yuxarı olub. Bununla da Rusiya yoluxanların sayına görə dünyada 5-ci yerdə qərarlaşıb.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR