İyunun 1-dən dərslər başlayır? -

"İyunun 1-dən etibarən tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq".

Metbuat.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: "Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılıb. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi baş nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun şərait nəzərə alınaraq hazırlanıb".

Bəs şagirdlərin qiymətləndirilməsi prosesi necə aparılacaq?

"2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb".

Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR