Bakı, 26 may, AZƏRTAC
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə mayın 26-dan İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) müraciət edə bilərlər.
Fonddan AZƏRTAC-a bildirlib ki, SKMF tərəfindən Oğuz rayonunun Yaqublu kəndində keçirilən işgüzar forumda sahibkarlardan investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab olunub.
Təkliflər ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının, pendir, meyvə qurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətində qəbul edilir.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.