Bakıda ürəyi sıxılan nənə gəlinini və 6 aylıq nəvəsini öldürdü -

Suraxanı rayonunda gəlini və 6 aylıq nəvəsini qətlə yetirən Şəriyyə Hüseynovanın cinayət işi.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, 2014-cü ilin dekabr ayında Suraxanı RPİ-nə inzibati ərazidə iki nəfərin öldürülməsi barədə məlumat daxil olub. İstintaq əmliyyat qrupu "Zığ bağları" ərazisinə yollanmaqla müəyyən edib ki, kirayədə yaşadıqları evdə Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova gəlini və 6 aylıq nəvəsini qətlə yetirib. Saxlanılan qadın cinayəti qəflətən ürəyi sıxıldığı üçün törətdiyini bildirib.
Hadisə yerinə baxış zamanı qonaq otağındakı döşəmənin üzərində 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın, digər otaqdakı yataqda isə 6 aylıq Emiliya Hüseynovanın meyiti aşkar edilib.
İstintaqla müəyyən olunub ki, Şərqiyyə Hüseynova həmin gün ürəyi sıxıldığını bəhanə edərək, gəlini Elnarə Nəcəfovadan onu çölə buraxmasını tələb edib. Gəlini isə onun Bakıya təzə gəldiyini və heç yeri tanımadığı icazə verməyib. Elə buna görədə Şərqiyyə Hüseynova gəlinini və nəvəsini öldürmək qərarına gəlib.
Bu məqsədlə həyətdən yekə daş parşası götürüb evdə qayıdıb. Həmin daş parçası ilə gəlini Elnarənin baş nahiyyəsinə bir neçə zərbə vuraraq onu qətlə yetirib. Daha sonra yatmış vəziyyətdə olan 6 aylıq nəvəsi Emilyanın ağız bə burun dəliklərini əllə qapayaraq onuda öldürüb.
Dəhşətli qətlin təfərrüatları barədə daha ətraflı videonun 8:27-ci dəqiqəsindən baxa bilərsiz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR