Bakıda bu görüntüləri yayılan şəxslər həbs edildi -

Bakıda avtoxuliqanlıq edərək, görüntülərini sosial şəbəkədə paylaşan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışlarıyla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sərnişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsinin - “Kia” markalı avtomobilin sürücüsünün Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail RPİ 9-cu PB-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Səbail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR