Donald Tramp koronavirus barədə: "Əgər ikinci dalğa olsa..."

ABŞ prezidenti Donald Tramp Miçiqan əyalətində "Ford"un istehsal müəssisəsini ziyarət edərkən jurnalistlərin koronavirusla bağlı suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, "Koronavirusun ikinci dalğasının olacağından narahatsınız?" sualına ABŞ lideri belə cavab verib:

"İkinci dalğanın olması ehtimalı azdır. Amma əgər ikinci dalğa olsa, ölkə iqtisadiyyatını dayandırmayacağıq".

Ölkəsinin epidemiya müddətində çox şey öyrəndiyini deyən Tramp gələcək dalğalar üçün hazır olduqlarını qeyd edib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR