Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra ölkəyə gətirilənlər öz hesablarına gələcəklər: "Çünki bu proses sona qədər dövlət hesabına aparıla bilməz. Bu vaxta qədər dövlət vətəndaşların ölkəyə gətirilməsi üçün bütün şəraiti yaradıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR