Türkiyədən daha 178 Azərbaycan vətəndaşı ölkəyə gətirildi -

Bu gün "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR