At belində gələn 1990-cı il

At belində gələn 1990-cı il
01:11 18 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinin ildönümünü qeyd etməyə hazırlaşır.

1990-cı ilin 19-dan 20-ə keçən gecə Bakıda törədilən kütləvi qırğınların 25-ci ildönümü yaxınlaşdıqca, Azərbaycan tarixinin bu mürəkkəb və çətin dövrü yada düşür. 20 yanvar ərəfəsində paytaxt Bakıda yüz minlərlə insanın Azadlıq meydanını tərk etməməsi ölkədə vəziyyətin nəzarətdən çıxması xofunu yaradırdı.

20 yanvara gətirən yol öz yolunu Dağliq Qarabağ münaqişəsindən salmışdı. Dağlıq Qarabağ münaqişəsinin başlanğıc nöqtəsi isə 1988-ci ilin fevralın 13-nə təsadüf edir. Məhz həmin gün Dağlıq Qarabağ muxtar vilayətinin inzibati mərkəzi olan Stepanakertdə ermənilərin ilk mitinqi keçirilir. Tələb vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi idi.

Aydin məsələ idi ki, Mixail Qorbaçovun hakimiyyətə gəlməsi erməni lobbisinin işinə yaramışdı. Artıq Kremldə onların arxalandığı adam vardı. Ona görə də, Stepanakertin ardınca İrəvanda da kütləvi mitinqlər başlayır. Ermənistandan olan azərbaycanlı qaçqınların ilk dəstəsinin ölkəmizə pənah gətirməsi də məhz həmin günlərə təsadüf edir.

Fevralin 22-də hadisələr artıq kuluminasiya nöqtəsinə çatır. Ağdam-Əsgəran yolunda iki azərbaycanlı gənc öldürülür, bununla da Dağlıq Qarabağ münaqişəsində ilk qurbanlar verilmiş olur. Buna cavab olaraq Sumqayıt hadisələri törədilir...

Hadisələrin sonrakı inkişafı Azərbaycanı qaynar qazana çevirir. Azadlıq meydanı azadlıq istəyən millətə elə bir qucaq açır ki, 70 il qoltuq altda yaşamış xalq bunun fərqinə varmaya bilməzdi. Bu isə Mərkəzi əlbəttə narahat edirdi. At belində gələn 1990-ci il təəssüf ki, Azərbaycan xalqına murad gətirmir. Yanvarın 13-dən başlayaraq SRİ DTK-sının əliylə Bakıda erməni talanları təşkil olunur. Bu da Moskvanın əlinə Bakıya qoşun yeritmək fürsəti verir.

Yanvarın 15-də artıq Bakıda Moskvadan gəlmiş ali qonaq da vardı. Bu, Mərkəzi Komitədə qərarlaşan Yevgeni Primakov idi. Onun Bakıya gəlişi də, kütlə qarşısında çıxış etməsi də əslində bir şeyə hesablanmışdı. Şəhərə qoşun yeridilməsinə... Qnun istəyi 3 gün sonra reallaşacaqdı...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR