Rezidenturaya qəbul imtahanının vaxtı

“İyulun sonu avqustun əvvəli üçün rezidenturaya qəbulun olması planlaşdırılır”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O bildirib ki, iyun və iyul ayı üçün bu imtahanın keçirilməsi düşünülmür: “Böyük ehtimalla bu imtahan avqust ayının əvvəlində iki mərhələli şəkildə keçiriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)