[ 26 May 2015 15:35 ]


Bakı - APA. Mayın 27-28-də Əl-Küveyt şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin 42-ci sessiyası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak etmək üçün Küveytə yola düşüb.

Nazirin sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.