Bakı-Sumqayıt yolunda avtomobil qəza olub -

Bakı-Sumqayıt avtomobil yolunda avtomobil qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, “Prado” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.

Hələlik hadisə zamanı xəsarət alanların olub-olmaması məlum deyil.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR