.

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilk milyardçı futbolçu kimi tarixə düşüb

Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilk milyardçı futbolçu kimi tarixə düşüb.

Metbuat.az apasport-a istinadən xəbər verir ki, bu barədə “Forbes”in tərtib etdiyi siyahıda əks olunub.

Portuqaliya millisinin kapitanı ümumi qazancını 1 milyard dollara çatdıran 3-cü idmançıdır. Ona qədər qolfçu Tayqer Vuds (2009-cu ildə) və boksçu Floyd Meyvezer (2017) milyardçı olmağı bacarıb.

Kriştianu Ronaldo 17 illik peşəkar karyerası ərzində 650 milyon dollar maaş alıb. “Yuventus”la 2022-ci ilə qədər müqaviləsi olan 35 yaşlı forvard həmin vaxta qədər ümumi məvacibi 765 milyon dollara çatdıracaq. O, qalan vəsaiti sponsorluq müqavilələrindən əldə edib.

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”a qədər “Sportinq”, “Mançester Yunayted” və “Real”ın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR