​Energetika Nazirliyi bu ilin 5 ayında respublika üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

2020-ci ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 899,6 mln. kVtst, ixracı 21,7 mln. kVtst, idxalı 17,5 mln. kVtst olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 17,5 mln. kVtst azalıb, ixracı 2,7 mln. kVtst, idxal isə 8,6 mln. kVtst artıb.

Metbuat.az cari ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 mln. kVtst artaraq 10 796,5 mln. kVtst olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 200,8 mln. kVtst artaraq 10 095,6 mln. kVtst, SES-lərdə 150,5 mln. kVtst azalaraq 549,0 mln. kVtst, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,7 mln. kVtst artaraq 151,9 mln. kVtst olub. Külək Elektrik Stansiyalarında 45,1 mln. kVtst, Günəş Elektrik Stansiyalarında 18,1 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 88,7 mln. kVtst elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 mln. kVts (İES-lərdə 9 186,2 mln. kVtst, SES-lərdə 464,4 mln. kVtst), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 mln. kVtst (İES-lərdə 65,2 mln. kVtst, SES-lərdə 75,1 mln. kVtst, Günəş ES-də 15,5 mln. kVtst), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 mln. kVtst təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 mln. kVtst olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 mln. kVtst azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 mln. kVtst təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mln. kVtst artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR