Sərt karantində zibili necə atmaq olar? -

“Şəhərdə məişət tullantılarının daşınması sahəsində xüsusilə sərtləşdirilmiş karantin günlərində məişət tullantılarının atılması ilə bağlı problem ola bilər. Ona görə də, hər bir blokların qarşısına məişət tullantılarının atılması üçün konteynerlər qoyulacaq”.

Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, həmin qablara zibil atmaq üçün evdən çıxıb blokun qarşısına düşməyə görə cərimə yoxdur. Amma bundan istifadə edib gəzmək, kənara getmək olmaz.

O bildirib ki, bu gündən proses başlanılıb: “Söhbət qarşısında məişət tullantılarının atılması üçün yerlər olmayan binalardan gedir. İki gün ərzində 1000-dən çox belə konteyner quraşdırılacaq və müvəqqəti haldır. Sonradan yığışdırılacaq”.

Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev əlavə edib ki, zibil atmaq adı ilə kənar əraziyə çıxan şəxslər məsuliyyətə cəlb olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR