Abşeron rayon sakini avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı iyunun 14-də “Peugeot” markalı avtomobildən pul, skeyt və videoqeydiyyat cihazı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun daha üç avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR