.

Xüsusi karantin qaydalarını pozan şəxsin oğurluq etdiyi müəyyən edildi

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanıb. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 kombi, suqızdırıcı, 3 maqnitofon, monitor, 4 mobil telefon, mətbəx bıçağı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR