Azərbaycanda yas mərasimləri ilə bağlı yeni qadağa -

"Rayonlarda vətəndaşlar koronavirus epidemiyasının yayılma təhlükəsinə diqqət yetirməyərək, kütləvi toplaşma hallarına yol verirlər".

Metbuat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bununla bağlı məlumatlar toplanılıb. Bütün din xadimlərinə isə dəfn mərasimi istisna olunmaqla, insanların kütləvi toplaşdığı yas mərasimlərində iştirak etməməklə bağlı qəti tapşırıq verilib.

Tapşırıqlara əməl etməyən, karantin rejimi qaydalarını pozaraq yas mərasimlərinə qatılan din xadimləri cəzalandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR