Bakıda 40 yaşlı kişi dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y.Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR