Vampir qadın görənləri ŞOK EDİR: "Dəridə kiçik bir kəsik açırıq, hər insanın qanı..." -

Böyük Britaniyanın paytaxtı Londonda yaşayan 27 yaşlı Lilit Vampir 150 min izləyicisi olan "İnstaqram" hesabında qotika mövzulu fotolarını paylaşır. Vampir olduğunu söyləməsinə baxmayaraq normal insanlar kimi 9-5 rejimli işdə çalışan qadın gün işığında küçəyə çıxa bilsə də, gün işığından uzaq durmağa üstünlük verdiyini deyir. O, gecələr özünü daha enerjili hiss etdiyini bildirir.

Metbuat.az xəbər verir ki, vampirlərlə bağlı hər şeyi çox sevdiyini deyən qadın bildirib ki, vampirlərə olan marağı uşaq ikən izlədiyi məşhur "Drakula" filmindən sonra yaranıb. 18 yaşında vampir olduğunu deyən Lilit o zamanlar bunun fərqində olmadığını, indi isə özünü vampir kimi hiss etdiyini söyləyir. O, qan içdiyini də etiraf edib. Bu prosesin filmlərdə göründüyü kimi olmadığını deyən Lilit özü ilə eyni xüsusiyyətlərə malik insanların qanını içdiyini deyib. O, deyir ki, hər insanın qanı fərqli dada sahibdir:

"Dəridə kiçik bir kəsik açırıq və qanı oradan içirik. Yaxın dostlarım və ya bu yaşam tərzi ilə maraqlanan insanlar arasından seçirəm. Qanın miqdarı çox olmasa da olar".

Lilit vampir yaşı ilə 600 yaşı olduğunu və özünü keçmişə çox yaxın hiss etdiyini deyir:

"Çox neqatif rəylər almıram. Amma bəzən cahil insanlar narahat edici olur. Gələn neqativ rəylərin çox vaxt yalnış anlaşılmadan yarandığını düşünürəm".

Mənbə: sondakika.com



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR