Azərbaycanda COVID-19-dan sağalanların sayı 13 minə çatır

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR