"Qızıl buts"un sahibi bəlli oldu

2019/20-ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, fəxri mükafata "Latsio" klubunun hücumçusu Çiro İmmobile sahib çıxıb. A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda (1:3) fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.

Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR