Berlindəki aksiyada 45 polis yaralandı,

Almaniyanın paytaxtı Berlində koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, ötən gün baş tutan icazəsiz aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Nəticədə 45 polis əməkdaşı xəsarət alıb, 133 nəfər saxlanılıb. Ümumilikdə aksiyalarda 20 mindən çox insan iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR