.

Ronaldo “Yuventus”un tarixinə düşdü

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşan “Yuventus” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Metbuat.az xəbər verir ki, “qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub.

“Yuventus”un Fransa klubu üzərindəki qələbəsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Lion “Olimpik”i səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR