Bəşirqızının yeni məktəb direktoru olan gəlini ana dilində düzgün yaza bilmədi -

Xəbər verdiyimiz kimi, xalq artisti Afaq Bəşirqızının gəlini, Bülbül adına orta ixtisas musiqi məktəbinin keçmiş müəllimi Könül Təhməzova Bakı şəhəri, 7 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

Metbuat.az mediapress.az-a istinadən xəbər verir ki, yeni təyinat alan məktəb direktoru şəxsi bloqunda özü haqqında məlumat yazıb.

Təəssüflər olsun ki, məlumatda kobud qrammatik səhvlərə yol verib. Bu da izləyicilərinin diqqətindən yayınmayıb.

Belə ki, K.Təhməzova nitq hissəsinə aid əlavəni sözə bitişik olaraq (həm də iki yerdə) yazıb. Bununla da "da/də" əlavəsinin cümlədəki yerinin ədat, yoxsa şəkilçi olduğunu müəyyən edə bilmədiyini nümayiş etdirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR